-3 C
Baku
Sunday, December 15, 2024

“EL-OBA” QSC-nin ötən il mənfəəti 2 dəfədən çox azalıb

“EL-OBA” QSC 2023-cü ili 183 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 447 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə mənfəətin 2.4 dəfə azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “EL-OBA” QSC-nin əsas əməliyyat gəlirləri 11 milyon 317 min manat (əvvəlki ilə nisbətən 55% çox), satışın maya dəyəri 10 milyon 94 min manat (58% çox) təşkil edib.

Hesabat dövründə QSC-nin cəmi aktivləri 1 milyon 180 min manatdan 1 milyon 485 min manata təşkil edib. “EL-OBA” şirkətinin 31 dekabr 2023-cü il tarixinə ödənilməmiş zərəri 110 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər