6 C
Baku
Sunday, December 15, 2024

Eldar Mansurovun oğlu “Azergold”a təyinat alıb

“Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

Banker.az saytının əldə etdiyi məlumata görə, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura “Azericard” MMC, ABB və “Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.

Eldar Mansurovun daha bir oğlu – Ülvi Mansurov Vergilər Nazirliyində çalışır.

anar 1

Son xəbərlər
Digər xəbərlər