16 C
Baku
Friday, May 3, 2024

Elektrik və istilik enerjisi üzrə meyarlar təsdiqləndi

Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları təsdiqlənib.

Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Bu qayda elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi (bundan sonra – effektivlik potensialının qiymətləndirilməsi) qaydasını və qiymətləndirmə meyarlarını müəyyən edir. Effektivlik potensialının qiymətləndirilməsinin məqsədi texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla, enerji resurslarından səmərəli istifadəyə yönəldilmiş enerji effektivliyi üzrə tədbirlərin hazırlanmasını və onların yerinə yetirilməsini, habelə qənaət oluna biləcək enerjinin miqdarının müəyyən edilməsini təmin etməkdən ibarətdir. Effektivlik potensialının qiymətləndirilməsi Energetika Nazirliyi tərəfindən, effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlər isə nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.

Nazirlik tərəfindən effektivlik potensialının qiymətlən dirilməsi növbəti və növbədənkənar qaydada aparılır. Aşağıdakı tələblərə cavab verən təsərrüfat subyektləri üzrə effektivlik potensialının qiymətləndirilməsi həyata keçirilir:

– qoyuluş gücü 3 MVt-dan artıq olan və təbii qazdan və (və ya) digər yanacaq növlərindən istifadə etməklə elektrik və (və ya) istilik enerjisinin istehsalı fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri;

– emal həcmindən asılı olmayaraq təbii qazı emal edən təsərrüfat subyektləri.

Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri hər hesabat ili üçün növbəti il 31 yanvaradək bu Qayda ilə müəyyən edilmiş qiymətləndirmə meyarlarına dair məlumatları özündə əks etdirən və bu Qaydaya uyğun hesabatları yazılı və ya elektron qaydada Nazirliyə təqdim edir. Effektivlik potensialının növbəti qiymətləndirilməsinin nəticələri üç ildən bir qərarla rəsmiləşdirilir.

Aşağıdakı hallarda effektivlik potensialının qiymətləndirilməsinin nəticələri növbədənkənar qaydada üç ildən tez qərarla rəsmiləşdirilir:

– istehsal/emal prosesində baş verən itkilər əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox artdıqda;

– istehsal prosesində faydalı iş əmsalı əvvəlki qiymətləndirilmədəki göstəricilərə nisbətən 10 faizdən çox azaldıqda;

– təsərrüfat subyektinin müraciəti olduqda.

Effektivlik potensialının qiymətləndirilməsi təsərrüfat subyektləri tərəfindən həyata keçirilmiş aşağıdakı enerji effektivliyi üzrə tədbirlər nəzərə alınmaqla aparılır:

– enerjiyə qənaət edən yeni texnoloji vasitələrin tətbiqi;

– səmərəliliyi artıran təmir və sazlamalar;

– iş rejimləri və texnoloji proseslərin optimallaşdırılması.

Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən təqdim edilmiş hesabatlarda hər bir enerji effektivliyi üzrə tətbiq olunmuş tədbir iqtisadi qiymətləndirmə meyarları nəzərə alınmaqla əsaslandırılmalıdır. Bu Qaydaya cavab verməyən enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinə yol verilmir.

Effektivlik potensialının texniki qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:

– istehsal/emal həcmi;

– elektrik və istilik gücü;

– istehsal/emal olunan məhsulun itki səviyyəsi;

– faydalı enerji buraxılışı (şəbəkəyə ötürülən enerji);

– faydalı iş əmsalı;

– məhsulun istehsalına yanacağın xüsusi sərfi (istehsal qurğusunun bilavasitə çıxışında məhsulun vahidinə sərf olunan yanacaq miqdarı);

– təbii qazın emalı sahəsi üzrə qazın vahid həcminə uyğun məhsul istehsalı.

Effektivlik potensialının iqtisadi qiymətləndirmə meyarlarına aşağıdakılar aiddir:

– enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları;

– enerji effektivliyi üzrə tədbirlərin iqtisadi qiymətləndirilməsinin aparıldığı dövrdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi inflyasiya göstəricisi;

– enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan xalis pul vəsaiti daxilolmaları;

– enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri.

 

Effektivlik potensialı aşağıdakı qiymətləndirmə istiqamət lərinə uyğun olaraq hesablanır:

– enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal və ya emal prosesi üzrə gözlənilən itki səviyyəsinin azaldılması yolu ilə səmərəliliyin artırılması;

– enerji effektivliyi üzrə tədbirlər nəticəsində istehsal prosesi üzrə faydalı iş əmsalının yüksəldilməsi (yalnız elektrik və istilik elektrik stansiyaları üzrə) yolu ilə səmərəliliyin artırılması.

Nazirlik enerji effektivliyi potensialının qiymətləndirilmə sinin nəticələrini nəzərə almaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklər müəyyən edir.

– Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirləri Nazirlik tərəfindən həyata keçirilir.

Enerji effektivliyi potensialının qiymətləndirilməsi sahə- sində Nazirliyin və Agentliyin qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər