26 C
Baku
Tuesday, April 30, 2024

“Elektron Hesablayıcı Maşınları Zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-yə yeni direktor təyin olunub.

Bu, Eldar Vəliyevdir.

O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

Xatırladaq ki, “Elektron Hesablayıcı Maşınları Zavodu” SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər