18 C
Baku
Thursday, April 25, 2024

ADIF “Elektron Hökumət” portalında ilk elektron xidmətini təqdim edib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Elektron Hökumət” portalında 10 mart 2018 –ci il tarixindən ilk xidmətini təqdim edir.

“Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” elektron xidməti vasitəsilə ləğv prosesində olan bankların əmanətçilərinin şəxsiyyətini təsdiq edən məlumatlarınının dəqiqləşdirilməsi mümkündür.
Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə şəxsiyyəti təsdiq edə biləcək digər məlumatları isə vətəndaş özü əlavə edə bilər. Bu sıraya istifadəçinin əlaqə nömrəsi, e-mail və daxil etdəcəyi şəxsiyyəti təsdiqləyən digər təsdiqedici sənəd ola bilər. İstifadəçi doldurulmuş formadakı məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

2012-ci ildən istifadəyə verilmiş «Elektron Hökumət” portalı dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və dövlət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsini nəzərdə tutur.

Əmanətlərin Sığortalanması Fondu informasiya texnologiyalarının geniş tətbiqi üzrə fəaliyyətini davam etdirir.

Bu sırada mərkəzləşmiş məlumat informasiya idarəetmə sisteminin yaradılması üzrə hazırlıq işlərini göstərmək olar ki, bu sistem vasitəsilə ƏSF və ləğv prosesində olan bankların əməliyyatlarının vahid mərkəzdən idarə olunmasının təmin edilməsi və məlumatların vahid məlumat bazasında real vaxt rejimində emal olunması planlaşdırılır.

Bundan başqa ləğv prosesində olan bankların balansındakı əmlakların satışı üçün təşkil olunan hərraclara elektron sistem vasitəsilə sənədlərin qəbulu və emalı üçün hazırlıq işləri aparılır ki, gələcəkdə bu sistemin genişlənərək elektron hərrac portalına cevrilməsi nəzərdə tutulur.

ƏSF-nin informasiya texnologiyalarının tətbiqi üzrə daha bir layihəsi fiziki və hüquqi şəxslərin ləğv prosesində olan banklara kredit borcunun hökumət elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər