7 C
Baku
Sunday, December 15, 2024

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

Məlumat verdiyimiz kimi, bir müddət öncə Prezident İlham Əliyev “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərman imzaladı.

Bu fərmanla VXSİ Dövlət Agentliyi tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradıdı.

Xeberler.az-ın əldə etiyi məlumata görə, Mərkəzin rəhbəri vəzifəsinə Dövlət Agentliyində( ASAN xidmət) Elektron xidmətlərin inkişafı sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov gətirilib.

Qeyd edək ki, Fariz Cəfərov 2004-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2008-2010-cu illərdə İngiltərənin Vebster Universitetində (Webster Graduate School London) MBA (Biznesin təşkili və idarəedilməsi) üzrə magistr dərəcəsi əldə edib.

Fariz Cəfərov həmçinin, 2012-2013-cü illərdə Corc Vaşinqton Universitetinin Layihə idareətməsi üzrə magistr təhsilini də alıb.

F. Cəfərov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji İdarəetmə Departementində strateji idarəetmə üzrə mütəxəssis vəzifəsində işləyib.

O, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri vəzifəsində çalışıb.

F. Cəfərov 2014-cü ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini-Strateji araşdırmalar sektorunun müdiri vəzifəsi icra edib.

Mərkəz rəhbəri 2017-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər