“FinTrend” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırıldı.
Banker.az xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 300 020 manatdan 400 020 manata qədər artırılıb.
Bu da 100 000 manat, yaxud 33.3% artım deməkdir.
“FinTrend” BOKT 2014-cü ildə yaradılıb. BOKT-un bazasında “A.SET Kredit” universal məhsulu yaradılıb ki, bununla da elektronika, məişət texnikanın ticarət şəbəkələrində, mebel mağazalarında, avtomobillərin servis mərkəzlərinda məhsul və ya xidməti kredit kimi təqdim edir.
“FinTrend” BOKT 2020-ci ildə 126 min manatlıq zərər etmişdi.