4 C
Baku
Sunday, December 4, 2022

“Elliot” və “Vista” ABŞ-ın “Citrix” şirkətini 13 mlrd. dollara alırlar

“Elliot Investment Management” investisiya şirkəti və “Vista Equity Partners” həc-fondu ABŞ-ın “Citrix” tərtibatçısını 13 milyard dollara alır.

Banker.az xəbər verir ki, investorlar texnoloji səhm başına 104 dollar ödəməyə hazırdırlar ki, bu da dekabrın ortalarında qeydə alınan qiymətdən 25% çoxdur. Sövdələşmənin ümumi məbləği 13 milyard dollar təşkil edəcək. Rəsmi olaraq müqavilənin imzalanması 24 saat ərzində baş tuta bilər.

“Citrix” pandemiya zamanı xüsusilə populyar olub, çünki müxtəlif şirkətlərin işçilərinə distant işləmək imkanını verib. Buna baxmayaraq, “Citrix” əmək bazarında trendə çevrilə bilməyib. O, ötən ilin üçüncü rübünü 84.5 milyon dollar əməliyyat mənfəəti ilə başa vurub ki, bu da 2020c-i ildəkindən üçdə bir qədər pisdir.

Müvəqqəti CEO Robert Kalderoni “Citrix”in maliyyə nəticələrinin təqdimatı zamanı şirkətin satış menecerlərinə çox, distribyutorlara isə az pul xərclədiyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər
X