26 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov: “Azərbaycan neft ixracından əldə etdiyi gəlirlərin üçdə ikisini itirib”

AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, Azərbaycan neft ixracından əldə etdsiyi gəlirlərin üçdə ikisini itirib.
Bütövlükdə bu dövrdə neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan neft ixracından əldə etdsiyi gəlirlərin üçdə ikisini itirib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Bu olduqca böyük itki idi. Müəyyən güclü inspulslarAzərbaycan iqtisadiyyatı üçün mənfi təsirlər, şoklar yaratdı. Azərbaycan hökümətinin və MB-nin bu şoklara reaksiyası iki cür oldu. Ölkənin strateji valyuta ehtiyyatlarını və iqtisadi müstəqilliyini qoruyub saxlamaq üçün bütövlükdə fiskal yığcamlaşma və transferlərin azaldılması siyasətinə getdik. Çünki bu qaçılmaz idi və biz reaksiya verməli idik. Bu xarici şokun yumşaldılması üçün milli valyutanın dəyərinin mərhələli olaraq korreksiyası siyasəti seçildi” – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər