26 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmov sədr olandan sonra kənar üzvlərin yeri 20 ildir ki, vakantdır!

Əkrəm Həsənov: – Mərkəzi Bank müstəqildir, onun fəaliyyətinə heç kəs qarışa bilməz

Bəziləri hələ də gözləyir ki, Prezident Mərkəzi Bankın manatın devalvasiyası haqqında qərarını ləğv edəcək və ya ən azı dəyişəcək. Lakin hüquqi cəhətdən bu mümkün deyil. Çünki Mərkəzi Bank haqqında Qanunun 6-cı maddəsinə görə Mərkəzi Bank müstəqildir, onun fəaliyyətinə heç kəs qarışa bilməz. Qanunun 25-ci maddəsinə əsasən hətta onun İdarə Heyəti üzvlərini də qeyri-qənaətbəxş fəaliyyətə görə vaxtından əvvəl vəzifədən azad etmək olmaz. Bütövlükdə, bu yanaşma qabaqcıl ölkələrin təcrübəsinə uyğundur. Bununla belə, həmin ölkələrdə Mərkəzi Bankın üzərində ciddi nəzarət də mövcuddur.

Hüquqşunas Əkrəm Həsənovun sözlərinə görə, bizdə Mərkəzi Bankın fəaliyyətini heç kəs yoxlamır, hətta Hesablama Palatası da. Yalnız ildə bir dəfə audit yoxlaması olur. Bu yoxlamanın çərçivəsi isə çox dardır və onu dövlət orqanı deyil, kommersiya qurumu aparır. Yaxşı olardı ki, bütün dövlət qurumlarında olduğu kimi Mərkəzi Bankın da fəaliyyətini heç olmasa Hesablama Palatası yoxlaya bilsin.

Nəzarətin digər mexanizmi Mərkəzi Bank haqqında Qanunda mövcud olsa da, ona əməl olunmur. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin 7 üzvündən 2-si kənar şəxslər, yəni orada daimi işləməyən müstəqil insanlar olmalıdır. 90-cı illərin ortalarınadək kənar üzvlər mövcud idi. Lakin Elman Rüstəmov sədr olandan sonra kənar üzvlərin yeri 20 ildir ki, vakantdır! Bu da Mərkəzi Bankı tamamilə nəzarətsiz qoyub. Guya ki, İdarə Heyəti kollegial orqandır, amma faktiki olaraq digər 4 üzv sədrə tabe olduğu üçün ondan tam asılı vəziyyətdədirlər. Nəticədə İdarə Heyətinin qərarları, əslində, bir şəxsin – Rüstəmovun qərarlarıdır.

Buna görə də ilk növbədə Mərkəzi Bankın İdarə Heyətinin tərkibinə Qanunla nəzərdə tutulan 2 kənar üzv daxil edilməlidir. Məsələn, onlardan biri hökumətin nümayəndəsi (məsələn, maliyyə naziri və ya onun müavini), digəri isə tanınmış iqtisadçı alim ola bilər. Bununla da Mərkəzi Bankın üzərində həm dövlət nəzarəti, həm də ictimai nəzarət olardı.

Son xəbərlər
Digər xəbərlər