8 C
Baku
Friday, December 13, 2024

Elman Rüstəmov: Gələn il də məzənnəni idarə edə biləcəyik

“Bu gün hesab edirik ki, revalvasiya Azərbaycan iqtisadiyyatı üçün yararlı deyil, zərərli ola bilər”.

Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Bizim əsas istiqamətlərimizdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Revalvasiya isə buna maneə ola bilər. Düşünürük ki, cari ildə manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur. Növbəti ilə də nikbin baxırıq. Yəgin ki, gələn il də milli valyutanın məzənnəsini idarə edə biləcəyik”, – deyə baş bankir qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər