18 C
Baku
Wednesday, May 8, 2024

Elman Rüstəmov: Manata inam artır

Monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir.

Bunu Mərkəzi Bankın İdarə Heyəti sədrinin 30 aprel tarixində faiz dəhlizinin parametrlərinə dair şərhində deyir.

O, ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentləri üzrə nominal real faizlərdə cüzi azalma müşahidə edildiyini bildirir.

“AMB sədri qeyd edir ki, əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılmışdır”.

Baş bankirin sözlərinə görə, kredit aktivliyinin tədrici bərpası davam edir.

“Birinci rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artmışdır. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir.

Valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər