3 C
Baku
Saturday, December 14, 2024

Elmi olaraq kişilərin gözəl, qadınların isə varlı kişiləri sevdiyi təsdiqlənib

Kişilərin qadınlarda xarici görünüşü, qadınların isə kişilərdə sosial statusu qiymətləndirdikləri düşüncəsi həqiqəti əks etdirə bilər. Bu sahədə son illərin tədqiqatları ənənəvi stereotipləri təsdiq edirlər. 

Sinqapur universitetində psixologiya üzrə professor Norman Lİ və Arizona ştatının Universitetinin psixoloqu Oliver Snq onlayn çat və qısa bir zamanda tanış olmaq vasitəsi ilə müxtəlif tədqiqatlar aparıblar. Digər tədqiqatlardan fərqli olaraq bu tədqiqatlarda yaraşıqlı olmayan kişilər və aşağı sosial statusa malik olan qadınlar iştirak edirdilər.

Qısa müddətli ünsiyyətdən sonra kişilər onlara sosial statusundan asılı olmayaraq gözəl olmayan qadınlarla ünsiyyətin xoş olmadığını bəyan etmişdilər. Qadınlar isə xarici görünüşündən asılı olmayaraq aşağı sosial statusu olmayan kişilərə diqqət yetirməmişdilər.

Professor Linin sözlərinə görə, insanlar öz partnyorlarını seçdikləri zaman onda görmək istədikləri keyfiyyətin minimal səviyyəsi ilə belə kifayətlənə bilirlər. Beləliklə, kişilər üçün qadının heç olmasa bir az gözəl olması kifayətlidir.

Son xəbərlər
Digər xəbərlər