2 C
Baku
Saturday, December 14, 2024

Elmira Süleymanova Azərbaycana yeni Ombudsmanın seçilməsinə münasibət bildirib

“Mən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə seçilən Səbinə xanımı artıq təbrik etmişəm”.

Bunu açıqlamasında Elmira Süleymanova deyib.

E.Süleymanova həmçinin bildirib ki, səhhətində heç bir problem yoxdur: “Hər şey yaxşıdır, sağlamlığım da çox yaxşıdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən 2019-cu ilədək Ombudsman olub. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

©Report

Son xəbərlər
Digər xəbərlər