7 C
Baku
Thursday, December 12, 2024

“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişir?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsinə” dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Qanuna əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq. Bununla da, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

“Yeni dəyişikliklər əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək”- deyə, bunə şərh verən Milli Məclsinin deputatı Vüqar Bayramov bildirir. O deyir ki, dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaq.

Buna əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər