Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Kreditlərin idarə edilməsi departamentinə yeni direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, bu vəzifə Vasif İbrahimliyə həvalə olunub.
Vasif İbrahimli buna qədər Əmanətlərin Sığortalanması Fondunda məhkəmələr və icra orqanları ilə iş şöbəsinin müdiri kimi çalışırdı.