6 C
Baku
Sunday, December 15, 2024

“EmbaFinans”in sahibləri bazardakı vəziyyəti görüb dəyişikliyə gedirlər

Bank olmayan kredit təşkilatı “EmbaFinans” QSC (BOKT) cari ilin əvvəli emmisya etdiyi istiqrazın qeydiyyat perespektivində dəyişiklik edib.

Banker.az-ın maliyyə bazarlarından əldə etdiyi məlumata görə, BOKT 9% illik ödənişi ilə ilkin emissiya etdiyi halda, yeni dəyişikliyə əsasən  istiqrazın ödəniş dərəcəsi 11%-ə qaldırılıb. Bildirməliyik ki, hazırda bir çox banklar da manatda depozit faizlərini qaldırmasından sonra investorların milli valyutada istiqrazları bu 9 faizlə alışına bir o qədər də həvəs yaratmır. Məsələn, bir neçə bank var ki, artıq manatda olan müddətli depozitlərin faizini 11%-ə qədər qaldırıb.

Məlumata əsasən, bu dəyişikliklə bağlı 21 mayda səhmdarlar qərara gəlib. Səhmdarlar dedikdə, kapitalında payı olanlar 60 faizi Elşad Abbasov və 40 faizi hazırda Milli Məclisin deputatı olan Məşhur Məmmədovdur.

“EmbaFinans”ın bu istiqrazlarının hər birinin nominal dəyəri 1 000 manat təşkil edir. Hər bir istiqraz üzrə bir faiz dövrü üçün ödəniləcək faizlərin məbləği 7.5 manat təşkil edirdi. Yeni dəyişikliklə bu 9.17 manat olacaq.

Bildirməliyik ki, 1 yanvar 2020-ci il tarixinə BOKT-un 26.15 mln. manatlıq öhdəliyi var. Kredit təşkilatı ötən il ərzində borc qiymətli kağızlarını 44%-dən yuxarı artaraq 4.03 mln. manata çatıb.

Lakin, öhdəliklərinin əsas artımı banklardan götürdüyü əlavə 8.36 milyon manatlıq kredit borcudur ki, bu da illik müqayisədə 86% artımın olmasıdır. “Embafinans BOKT” 2019-cu il ərzində iki bankdan ümumilikdə 18.04 mln. manatlıq kredit borcu cəlb edib. Ötən ilin iyulunda “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4.02 mln. manatlıq 11 faiz illik ödəniş faizi ilə, elə həmin bankdan oktyabrda 2.35 mln. manatlıq 13 faiz illik ödəniş ilə kredit cəlb edib. Digər krediti isə 11.67 mln. manatı ötən ilin son ayında “PAŞA Bank” ASC-dən 11% illik ödəniş faizlə götürüb.

Son xəbərlər
Digər xəbərlər