Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir.
Banker.az bildirir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.
Gələn həftə baş tutacaq səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.