10 C
Baku
Wednesday, December 11, 2024

Əmtəə bazarlarında gələn il neftin qiymətinin azalacağı proqnozlaşdırılır

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 88.55 ABŞ dollarından 87.79 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 85.38 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 86.98 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82.41 dollar təşkil edib.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 83.05 dollar (öncəki proqnoz göstərici – 83.78 dollar), 2025-ci ildə isə 80.88 dollar (öncəki proqnoz – 82.48 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77.58 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər