16 C
Baku
Saturday, April 20, 2024

Ən böyük bankdan ən böyük xalis mənfəət

Azərbaycanda dövlətə məxsus olan ABB (əvvəlki adı: Azərbaycan Beynəlxalq Bankı) 2021-ci ilin ilk yarısında 148.15 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, ABB-nin faiz gəlirlərinin həcmi hesabat dövrü ərzində 215.43 milyon manat olub, bu da illik müqayisədə 6.5% artım deməkdir. ABB-nin gəlirinin 136.46 mln. manatı müştərilərə verilən kreditlərdən gələn gəlirlərdir. Qalan 29.43 mln. manatı qiymətli kağızlar üzrə əldə edilən gəlir, 42.87 mln. manatı banklar və digər maliyyə institutlarına verilən kreditlərdən gələn faiz gəlirləri olmuşdur.

Bankın faiz xərclərinin həcmi 51.69 mln. manat olmaqla, o cümlədən 20.37 mln. manatı müştərilərdən cəlb edilən depozitlər üzrə, 28.67 mln. manatı isə qiymətli kağızlar üzrə faiz xərcləri olmuşdur. Bununla da faiz gəlirləri 163.74 mln. manat olmuşdur (öncəki ildə: 150.68 mln. manat).

Qeyri-faiz gəlirlərinin həcmi 99.33 mln. manat, qeyri-faiz xərclərin həcmi isə 98.69 mln. manat olmuşdur. Əməliyyat mənfəəti 164.37 mln. manat olmuşdur.

13.55 mln. manat bank mümkün zərərlər üzrə ehtiyata ayırmış, 14.87 mln. manat mənfəət vergisi ödəmiş və beləliklə ilin ilk yarımilliyində 148.15 mln. manat xalis mənfəət əldə edib (öncəki ildə: 118.48 mln. manat idi). Bu xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəəti 127.66 mln. manat olmuşdur.

q424

Son xəbərlər
Digər xəbərlər