12 C
Baku
Wednesday, December 11, 2024

Ən çox kriptovalyuta istifadəçisi olan 5 ölkə

“Altindex” ixtisaslaşdırılmış portalının tədqiqatçılarının hesablamalarına görə, 2024-cü ildə ABŞ-də təxminən 88 milyon insan kriptovalyutalardan (mal və xidmətlərə görə ödəniş, saxlama, investisiyalar, ticarət, köçürmələr və s.) istifadə edəcək. Bu, ötən illə müqayisədə 15 milyon nəfər çoxdur. “Altindex”in tədqiqatçıları kriptovalyuta istifadəçilərinin sayının 2028-ci ilə qədər 100 milyonu keçəcəyini gözləyirlər ki, bu da ABŞ əhalisinin üçdə birini təşkil edir.

Altindex-ə görə, ABŞ-dən başqa, ən çox kriptovalyuta istifadəçisi olan ilk beş ölkəyə aşağıdakılar daxildir:

  • Rusiya (33 milyon nəfər)
  • Yaponiya (23 milyon)
  • Böyük Britaniya (20 milyon)
  • Almaniya (17 milyon)

Ekspertlərin fikrincə, 2024-cü ildə qlobal kriptovalyuta bazarında gəlir 51 milyard dollar təşkil edəcək – bu məbləğin yarıdan çoxu ABŞ-nin payına düşür. Hələ 2017-ci ildə ABŞ-də cəmi 5 milyon insan kriptovalyutadan istifadə edirdi. Növbəti dörd il ərzində istifadəçilərin sayı yeddi dəfə artaraq 2021-ci ildə 37 milyona çatıb. ABŞ-da ən populyar kriptovalyutalar “Bitcoin”, “Litecoin” və “Ethereum”dur.

Son xəbərlər
Digər xəbərlər