2 C
Baku
Saturday, December 14, 2024

Konsaltinq nədir?

0

Have a Question?

Konsaltinq – menecerlərə və idarə heyətinə iqtisadi, sənaye, ticarət və digər mövzularda verilən ekspert məsləhətidir.

Daha sadə desək, bu, menecerlərə məsləhət şəklində yardım etmək alətidir. Hər bir təcrübəsiz iş adamı müxtəlif çətinliklərlə (maliyyə, marketinq, vergi) üzləşə bilər və biznes nə qədər çox inkişaf etsə, ortaya çıxan sualların sayı da artacaq.

Rəhbər öz səhvlərindən dərs götürə və ya lazımsız problemlərin qarşısını almaq üçün daha təcrübəli mütəxəssislərə (konsaltinq şirkətə) müraciət edə bilər. Konsaltinqin mahiyyəti də məhz budur.

Nüanslar

Konsaltinqin bir neçə formaları var:

Məsləhətlər. Müştəridə yaranan sualı cavablandırmaq üçün birdəfəlik məsləhətləşmə.

Təhlil. Konsaltinq eksperti məlumatları araşdırır, təhlil edir, qarşıya qoyulan hədəfə çatmaq üçün həll yollarını irəli sürür.

Proqnozlaşdırma. Mütəxəssis gələcək problemləri proqnozlaşdırmağa kömək edən müxtəlif vasitələrdən istifadə edir, bunun sayəsində müştəri biznesini inkişaf etdirmək üçün optimal yolu seçir.

İnkişaf və audit. Mütəxəssis müştərinin biznesini tam araşdırır, qüsurları və səhvləri göstərir, mənfi məqamları aradan qaldırmağın yollarını təklif edir.

Müştərinin fəaliyyətində iştirak. Mütəxəssis müştərinin biznesini qiymətləndirir, səhvləri və çatışmazlıqları tapır, həll yollarını təklif edir və bu həllərin həyata keçirilməsinə kömək edir. Bundan sonra mütəxəssis nəticələri qiymətləndirir və lazım gələrsə, düzəlişlər edir.

Fakt

İlk konsaltinq şirkəti 1886-cı ildə Massaçuseç İnstitutunun kimyaçı müəllimi Artur Littl tərəfindən qurulub. Şirkət mühəndislik tədqiqatları üzrə ixtisaslaşmışdı və digər müəssisələrə iş yerlərinin məhsuldarlığını artırmağa kömək edirdi.

Şirkətin işçiləri zavod və fabriklərin fəaliyyətini təhlil edirdilər, mövcud problemləri müəyyənləşdirirdilər və onların aradan qaldırılması üçün strategiyalar hazırlayırdılar. 1930-cu illərdə davam edən Böyük depressiyadan sonra konsaltinq şirkətləri bütün dünyada məşhurlaşmağa başladı.