Have a Question?
Altmanın Z-modeli (Altmanın Z-hesabı, Altman Z-Score) – amerikalı iqtisadçı Edvard Altman tərəfindən yaradılmış bu maliyyə modeli müəssisənin müflislik ehtimalına dair proqnoz vermək üçün nəzərdə tutulub.
Altmanın Z-modelinin düsturu:
Düsturun əsasını müəssisənin fəaliyyət nəticələrini və maliyyə vəziyyətini xarakterizə edən 4-5 əsas maliyyə əmsallarının kombinasiyası təşkil edir. İlk olaraq, düstur ötən əsrin 60-cı illərində Altman tərəfindən təklif edilib. Daha sonradan isə, müəllif təşkilatın sahə xüsusiyyətlərinin nəzərə alınması ilə sözügedən düstura dəyişikliklər əlavə edib.
4 faktorlu Altmanın Z-modeli qeyri-istehsalat müəssisələri üçün istifadə olunur (səhmləri birjada satışda iştirak etməyən təşkilatlar). 4 faktorlu modelin düsturu aşağıdakı kimidir:
Z-score = 6.56T1 + 3.26T2 + 6.72T3 + 1.05T4
T1 = Əməliyyat kapitalı / Aktivlər
T2 = Bölüşdürülməmiş mənfəət / Aktivlər
T3 = EBIT / Aktivlər
T4 = Şəxsi kapital / Öhdəliklər
Alınan nəticənin izahı:
- 1 və daha az – “Qırmızı” zona, müəssisənin müflislik ehtimalı var;
- 1-dən 2.6-a qədər – “Boz” zona, aralıq mövqe, müflislik ehtimalı yüksək deyil, lakin istisna da deyil;
- 6 və daha çox – “Yaşıl” zona, müəssisənin müflislik ehtimalı aşağı səviyyədədir.
İstehsalat müəssisələri üçün 5 faktorlu Altmanın Z-modelindən istifadə olunur. 5 faktorlu modelin düsturu aşağıdakı kimidir:
Z-score = 0.717T1 + 0.847T2 + 3.107T3 + 0.42T4 + 0.998T5
T1 = Əməliyyat kapitalı /Aktivlər
T2 = Bölüşdürülməmiş mənfəət / Aktivlər
T3 = EBIT / Aktivlər
T4 = Şəxsi kapital / Öhdəliklər
T5 = Mənfəət / Aktivlər
Alınan nəticənin izahı:
- 23 və daha az – “Qırmızı” zona, müəssisənin müflislik ehtimalı var;
- 23-dən 2.9-a qədər – “Boz” zona, aralıq mövqe, müflislik ehtimalı yüksək deyil, lakin istisna da deyil;
- 9 və daha çox – “Yaşıl” zona, müəssisənin müflislik ehtimalı aşağı səviyyədədir.
Sahə xüsusiyyətləri və müxtəlif ölkələrin iqtisadiyyatları arasındakı fərqləri nəzərə alaraq, Altman modelindən ehtiyatla istifadə etmək və ona böyük ümidlər bəsləməmək lazımdır. Maliyyə vəziyyəti və müssisənin müflislik ehtimalı haqqında nəticə əldə etmək üçün yalnızca sözügedən göstəricidən deyil, daha geniş göstəricilərin təhlili nəticələrindən istifadə etmək məqsədəuyğundur.