17 C
Baku
Sunday, May 5, 2024

Amil təhlili , Faktor təhlili (Factor analysis)

0

Amil təhlili , Faktor təhlili (Factor analysis)

Amil təhlilini – bir neçə amilin onların hər birinin təsir dərəcəsinin təyin edilməsi ilə nəticəyə təsir təhlili kimi qəbul etmək olar.

Maliyyə təhlillərində aşağıdakı xarici və daxili amillərin şirkətin mənfəətinə (zərərinə) təsiri öyrənilir. Xarici amillər:

  • Ölkə və regionda sosial-iqtisadi vəziyyət;
  • Təbiət-iqlim şərtləri;
  • Resursların qiymət səviyyəsi (avadanlıq, materiallar, enerji daşıyıcıları, işçi resursları);
  • Sahibkarlıq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi və s.

Daxili amillər:

  • Buraxılan məhsulların tərkib və keyfiyyəti;
  • Məhsul, iş, xidmət emalından gələn mənfəət həcmi;
  • Məhsulun dəyərinin strukturu;
  • Kommersiya, idarəetmə və qeyri-əməliyyat xərclərinin məbləği və s.

Həmçinin, maliyyə təhlilində tez-tez şəxsi kapitaldan istifadənin rentabelliyinin (DuPont düsturu)  amil təhlili tətbiq edilir. Bu cür təhlil zamanı şəxsi kapitalın rentabellik təhlili üç amilə bölünür:

  • Satışların rentabelliyi (xalis mənfəət üzrə)
  • Bütün aktivlərdən istifadənin effektivliyi (aktivlərin dövrililiyi);
  • Kapitalın strukturu, bütün aktivlərin və şəxsi kapitalın nisbəti.

Amil təhlili mənfəət və yaxud rentabellik təhlili ilə məhdudlaşmır. Faktiki olaraq, istənilən maliyyə göstəricisini bir sıra amillərə bölmək və onlardan hər birinin təsirini təhlil etmək olar.