6 C
Baku
Sunday, December 15, 2024

DuPont formulu , DuPont düsturu (DuPont formula)

0

Have a Question?

DuPont formulu (DuPont formula) üç əsas konseptual komponentlər vasitəsilə fəaliyyətin effektivliyinin əsas göstəricisinin  – şəxsi kapitalın rentabelliyinin (ROE) – hesablanmasını xarakterizə edir. Sözügedən üç əsas komponentə isə satışların rentabelliyi, aktivlərin dövrililiyi və maliyyə levereyci aiddir. Göstəricidən ilk dəfə ötən əsrin 20-ci illərində DuPont şirkəti tərəfindən istifadə olunub və adı da daha sonradan buradan götürülüb.

Hesablanması:

ROE (DuPont formulu) = (Xalis mənfəət /Gəlir) * (Gəlir / Aktivlər) * (Aktivlər / Şəxsi kapital) = Satışların rentabelliyi * Aktivlərin dövrililiyi * Maliyyə levereyci

DuPont formuluna şəxsi kapitalın rentabelliyinə təsir edən üç amil daxildir:

  • əməliyyat effektivliyi (xalis mənfəət üzrə satışların rentabelliyi);
  • bütün aktivlərdən istifadə olunması effektivliyi (aktivlərin dövrililiyi);
  • kredit yükü, şəxsi və borc kapitalının nisbəti (maliyyə levereyci);

Şirkətin şəxsi kapitalının rentabelliyi qənaətbəxş olmadıqda, DuPont formulu hansı amilin bu nəticəyə səbəb olduğunu təyin etməyə kömək edir.