2 C
Baku
Saturday, December 14, 2024

Avroistiqraz nədir?

0

Have a Question?

Avroistiqrazlar (ing. eurobonds) – beynəlxalq maliyyə bazarında yerləşdirilmiş borc qiymətli kağızlardır. Bir qayda olaraq, emitentin yerləşdiyi ölkənin valyutasında ifadə olunurlar.

Avroistiqrazlar hökumətlər, beynəlxalq təşkilatlar, böyük korporasiyalar, şirkətlər və banklar tərəfindən buraxılır. İlkin yerləşdirmə anderrayterlərin sindikatı vasitəsilə həyata keçirilir. Qiymətli kağızların əsas sahibləri institusional investorlardır – investisiya və pensiya fondları, sığorta şirkətləri. Avroistiqrazlar 1 ildən 30 ilədək müddətə verilir.

Hal-hazırda “avro” ön şəkilçisi ənənəvi olaraq istifadə edilir, çünki  avroistiqrazlarla əməliyyatlar yalnız Avropada deyil, eyni zamanda Asiyada, ilk növbədə Yaponiya, Sinqapur və Hon-Kongda həyata keçirilir.

Avroistiqrazlar üçün il 360, ay isə 30 gündən hesablanır. Bu rəqəmlər alqı-satqı zamanı yığılmış kupon gəlirinin düzgün hesablanması üçün vacibdir.

Avroistiqrazlarla həyata keçirilən əməliyyatlardakı hesablaşmalar “Euroclear” və ya “Clearstream” adlı klininq sistemləri vasitəsilə həyata keçirilir.