15 C
Baku
Friday, April 26, 2024

Avtolizinq nədir? 

0
Avtolizinq nədir? 

Avtolizinq nədir? 

Avtolizinq dedikdə, müqavilə əsasında müvəqqəti istifadə üçün avtomobilin icarəyə verilməsi və ya alınması nəzərdə tutulur. 

Avtolizinqin iki növü var: avtomobilə sahib olma hüququnun əldə edilməsi ilə və əksinə. Birinci halda icarə müddətinin sonunda müştəri avtomobili icarəçidən qalıq dəyəri ilə ala bilər, ikincisi halda isə avtomobili şirkətə qaytararaq, yeni avtomobil icarəyə götürmək üçün yenidən müqavilə bağlaya bilər.

Avtomobil kreditləri ilə müqayisədə avtolizinq müqaviləsi bir sıra üstünlüklərə malikdir. Birincisi, icarə ödənişləri kredit ödənişlərindən azdır, çünki onlar avtomobilin qalıq dəyərinin çıxılması ilə hesablanır. 

İkincisi, lizinq müqaviləsi ilə avtomobil almaq üçün müştəriyə yalnız şəxsiyyət vəsiqəsi və nəqliyyat vasitəsinin şəhadətnaməsi, sürücülük vəsiqəsi, xarici pasport və ya digər hər hansısa sənəd kifayət edir.  

Üçüncüsü, avtomobil icarəyə verildiyi üçün müqavilədə göstərilən müddət bitənə qədər müştəri avtomobili dəyişdirə bilər. 

Xidmətin mənfi tərəflərinə gəldikdə, vergi güzəştlərinin və nəqliyyat vasitəsinə sahib olmaq hüququnun olmamasını qeyd etmək olar. 

Bundan əlavə, əgər kredit vasitəsilə siz həm yeni, həm də işlənmiş avtomobil ala bilirsinizsə, lizinq müqaviləsi ilə yalnız yeni avtomobil icarəyə götürə bilərsiniz. Xidmətin müddəti adətən 2-3 il təşkil edir (ən çox 5 il).