6 C
Baku
Sunday, December 15, 2024

Bear Market nədir?

0

Have a Question?

“Ayı” bazarı dedikdə, adətən bədbin əhval-ruhiyyə və neqativ gözləmələrlə dolmuş, ən azı iki ay ərzində 15-20% zəifləyən bazar nəzərdə tutulur. Göstəricilər dəyişə bilər, Dow Jones Industrial Average (DJIA) və ya 500 Standard & Poors (S & P 500) kimi bazar indekslərində geriləmə 20% və daha çox olduqda, “ayı” bazarı başlamış hesab olunur. 

Bear Market termininin izahı

“Ayı” bazarı ilə iki aydan az davam edən qısamüddətli düzəlişi qarışdırmaq olmaz. Düzəliş investorun giriş nöqtəsini tapmaq üçün çox əla yer olmasına baxmayaraq, “ayı” bazarları çox nadir halda giriş nöqtələrini təmin edirlər. Əks mübarizə çox təhlükəli ola bilər, çünki investorun “ayı” trendi zamanı böyük mənfəət əldə etməsi çətindir.