10 C
Baku
Wednesday, December 11, 2024

Bitcoin-cüzdanı nədir?

0

Have a Question?

Bitcoin-cüzdanı – Bitcoin kriptovalyutasını saxlamaq üçün nəzərdə tutulan cihazın elektron görüntüsüdür. Orada virtual pulu idarə etməyə imkan verən açar saxlanılır.
Bir qayda olaraq, açarlar wallet.dat faylında saxlanılır.
Ən populyar cüzdanlar arasında bunları göstərmək olar:

– Bither,
– GreenBits,
– MultiBit HD,
– Armory,
– Blockchain,
– mSIGNA,
– Bitcoin Wallet,
– Copay,
– Coinbase,
– Coinkite,
– Circle Snapcar,
– BitGo,
– GreenAddress,
– Hive,
– Strongcoin,
– Xapo,
– Bitcoin Core,
– Electrum,
– Airbitz breadwallet,
– Mycelium.

Kompüterdə bitcoin-cüzdanı

Bunun üçün xüsusi tətbiq yükləmək lazımdır, bu tip cüzdanlar iki növə bölünür:
– qalın (ən etibarlı variant);
– nazik (smartfon vasitəsilə istifadəsi daha rahatdır, nisbətən daha az etibarlıdır);

Bitcoin-cüzdanını necə yaratmaq olar?

Bitcoin-cüzdanını yaratmaq üçün Blockchain.info xidmətindən istifadə etmək olar.
1. Platformaya daxil olduqdan sonra “Cüzdan” bölməsində “Yeni cüzdan yaratmaq” funksiyasını seçin (və ya “Pulsuz cüzdan yaratmaq” düyməsini basın).
2. Parolunuzu təyin edin.
3. “Davam et” düyməsini basın.
4. Açılan pəncərədə cüzdanınıza girişi bərpa etməyə kömək edəcək gizli söz (və ya ifadə) təyin edin və “Davam et” düyməsini basın.
5. Açılan səhifədə indentifikator görünəcək. Onu vərəqə yazmaq və ya elektron fayl olaraq yaddaşda saxlamaq lazımdır.
Səhifənin aşağı hissəsində Bitfcoin-adres görünəcək. Onu da bir yerə yazmaq və ya başqa fayla “Copy” etmək lazzımdır. Parol, adres və açar söz ayrı qovluqda saxlanılmalıdır.