6 C
Baku
Sunday, December 15, 2024

Büdcə profisiti

0

Have a Question?

Büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.

Büdcə profisiti iki mərhələdə, birinci – borc xidmətinin dəyəri nəzərə alınmadan hesablandıqda və ikinci – daxili və xarici borclar üzrə ödənişlər nəzərə alınmaqla hesablanır.

Heç də bütün iqtisadiyyatçılar büdcə profisitinin ölkə üçün faydalı olduğunu düşünür. Bəzi iddialara görə, büdcə artıqlığı sərt iqtisadi siyasətin nəticəsidir. Bunun da nəticəsi olaraq iqtisadiyyatda azad kapital çatışmazlığı, xüsusilə kredit təşkilatlarının likvidliyinin azalması çıxış edir.

John Maynard Keynes kimi iqtisadçıların gəldikləri qənaətə görə, dövlət satınalmaları işsizlik səviyyəsinə təsir edə və ölkənin böhrandan çıxmasına vasitə ola bilər. Bu səbəbdən də, büdcə müəyyən nəzarətedilən defisitə malik olmalıdır.

Digər tərəfdən isə, əsas məsələ büdcə vəsaitlərinin nəyə xərclənməsindən ibarətdir. Bu vəsaitlər istehsalatın, elmin və s.nin inkişafına yatırıldığı hallarda bu gələcəkdə əlavə gəlirlərə gətirib çıxarmalıdır. Bununla da, büdcə profisiti əsas məqsəd ola bilməz.

Büdcə kəsrində olduğu kimi, profisit səviyyəsinin ən bariz göstəricisi onun ÜDM-a olan nisbətidir.

Təcrübədə büdcə artıqlığı adətən xammal idxal edən ölkələrdə rast gəlinir.