2 C
Baku
Saturday, December 14, 2024

CTR (klik etmə əmsalı) nədir?

0

Have a Question?

CTR (ing. click-through rate) – reklam elanını (hiperlink, düymə və ya banner) görən istifadəçilərin nisbətini göstərən klikləmə əmsalı.

Daha sadə desək, CTR vasitəsilə reklam elanlarının effektivliyini, eləcə də hədəf auditoriyaya uyğunluğunu öyrənmək olar.

Klikləmə əmsalı aşağıdakı kimi hesablanır:

klik sayı + göstəriş * 100% = CTR

Məsələn, kontekst elan gündə 500 dəfə göstərilib və istifadəçilər onun üzərinə 50 dəfə klik edib. Hesablayaq: 50 : 500 * 100% = 10%

Yüksək CTR o deməkdir ki, elan lazımi insanlara yönəlib və kifayət qədər cəlbedicidir ki, daha çox insan klik etmək istəsin.

Öz növbəsində, aşağı əmsal yerləşdirilən reklamın seçilmiş hədəf auditoriyası üçün uyğun olmadığına işarə edə bilər. Bu vəziyyətdə reklamı tənzimləmək və ya onun tərtibinə yanaşmanı dəyişdirmək lazımdır.

Nüanslar

CTR veb-saytlarda, e-poçt marketinqində, axtarış sistemlərində, videoreklamda və s. kontekstli reklamlar üçün hesablanır. Klikləmə göstəricisi istənilən hiperlink üçün istifadə edilə bilər.

Çox aşağı CTR reklam kampaniyasına mənfi təsir göstərir. Bu, trafikin azalmasına, üzvi axtarış nəticələrində mövqelərin itirilməsinə və kontekstli reklam halında bir klik qiymətinin artmasına səbəb olur. Axtarış sistemləri öz istifadəçilərinə yüksək keyfiyyətli və müvafiq tövsiyələrlə reklam göstərməkdə maraqlıdırlar.

CTR nədən asılıdır?

– Sorğunun və ya resursun mövzusuna ciddi riayət edilməsi. Məsələn, “iPhone” təmiri saytında alt geyim reklamını yerləşdirməyə ehtiyac yoxdur.

– Axtarış nəticələrində mövqe. Sayt nə qədər yuxarı mövqedədirsə, istifadəçinin hiperlinkə klikləmə ehtimalı da bir o qədər yüksəkdir.

– Mətnin keyfiyyəti. Mətn aydın və səriştəli yazılmalı, lakonik formada səhifənin məzmunu haqqında məlumat verməlidir.

– Rənglərin parlaqlığı. Cazibədar banner klikləmə nisbətini bir neçə dəfə artırır.

– İnteraktivlik. Üzərinə kursoru yaxınlaşdıranda hərəkətə gələn və ya istifadəçiyə mini-oyun oynamağa imkan verən banner CTR-i əhəmiyyətli dərəcədə artırır.

– Əlavə faktorlar: sorğunun mövsümiliyi, təşviqat regionu və s.

Fakt

Sonrakı konversiyanı nəzərə almadan klikləri təqib etmək yaxşı strategiya deyil. Buna görə də, reklam kampaniyasını effektivliyini qiymətləndirərkən CTR digərləri ilə birgə istifadə olunur (çevirmə, klik qiyməti, hədəflənmiş fəaliyyətin dəyəri və s.).