5 C
Baku
Saturday, December 14, 2024

Qeymifikasiya nədir?

0

Have a Question?

Qeymifikasiya – iş, biznes, təhsil və digər sahələrdə oyun elementlərindən istifadə.

Daha sadə desək, əgər siz nə vaxtsa xarici dil öyrənərkən növbəti səviyyəyə keçmək üçün cəngəllikdə şiri yedizdirmisinizsə və ya tavanı endirimlə almaq üçün kassadakı bukletləri götürmüsünüzsə, bunun nə olduğunu dəqiq bilirsiniz.

Tanış və bəzən darıxdırıcı prosesləri daha maraqlı və effektiv etmək üçün oyun elementlərindən istifadə olunur.

Bunun üçün onlayn və offlayn oyunlarda olduğu kimi eyni komponentlər işə salınır:

– məqsəd;

– rəqabət (bal, xal, səviyyələr, reytinqlər və s.);

– mükafat (endirim, hədiyyə və s.);

– vaxt məhdudiyyəti;

– prosesdən zövq alma.

Nüanslar

Biznesdə xarici qeymifikasiya deyilən bir şey var, hansıki müştərilərə, alıcılara, istifadəçilərə və s. yönəlir. Məqsəd markanın məşhurluğunu artırmaq, yeni müştəriləri cəlb etmək və köhnə müştərilərin sadiqliyini təmin etmək ola bilər. Daxili qeymifikasiya şirkət işçilərinə yönəlir və onları stimullaşdırmaq, xidmətin keyfiyyətini artırmaq, eləcə də satışları artırmaq üçün istifadə olunur.

Fakt

Qeymifikasiya bir sıra problemlərə səbəb ola bilər. Məsələn, pərakəndə investorları cəlb etmək üçün məşhur Amerika prokeri “Robinhood” və onun rəqibləri öz platformalarına əməliyyatlar üçün xal, mükafat və bonus təqdim etməyə başladılar. ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) brokerlərin birja ticarətini gəlirli oyuna çevirdiyini müəyyən edib və qeymifikasiyanın təhlükələri barədə xəbərdarlıq göndərib.

Tənzimləyici bu qənaətə 2021-ci ilin əvvəlində baş vermiş “treyderlərin iğtişaşını” öyrəndikdən sonra gəlib. Tənqiddən sonra “Robinhood” proqramdaxili sövdələşmələri müşayiət edən konfeti şəkilli animasiyalardan qurtulmalı olub.