9 C
Baku
Thursday, December 12, 2024

Data driven (məlumatlara əsaslanan idarəetmə) nədir?

0

Have a Question?

Data driven – idarəetmə yanaşmasıdır, hansının ki əsas postulatı budur: qərarlar intuisiya və şəxsi təcrübə deyil, rəqəmlərin təhlili əsasında qəbul edilməlidir.

Qeyd edək ki, “Data driven” biznes-plan, marketinq strategiyası, satış planı tərtib edilərkən, proqramlaşdırarkən və hətta dizaynla işləyərkən tətbiq olunur. Bu yanaşma ilə siz məlumatları başa düşməlisiniz, onu vizuallaşdırmağı, təhlil etməyi bacarmalısınız, çünki təhlil əsasında proqnozlar verməli və qərarlar qəbul etməli olursunuz.

Fakt

“Data driven” anlayışı 1990-cı illərdə ortaya çıxıb və idarəetmədə ən çox “məlumat əsasında qəbul edilmən qərarlar” kimi tərcümə olunan “Data Driven Decision” konsepsiyasını xatırladır. Bu metod “HiPPO”nun (Highest Paid Person’s Opinion – ən yüksək məvacib alan işçinin rəyi) alternativinə çevrilib. “HiPPO”nun əsas problemi ondan ibarət idi ki, rəhbərlik həmişə obyektiv ola bilməyib və kollektivin bütün xüsusiyyətlərini nəzərə almayıb, nəticədə qəbul edilən qərarlar da gözlənilən nəticə verməyib.

Nüanslar

Məlumatlara əsaslanan idarəetmə üçün siz korporativ idarəetmə mədəniyyətini qurmalısınız. “Data driven” yanaşmasının əsasları aşağıdakılardan ibarət olmalıdır:

– Məlumatlarla işləməyə sərmayə qoymağa hazır olmaq. Bu o deməkdir ki, siz məlumat və analitika ilə işləyən mütəxəssislərə vaxt və maliyyə xərcləyəcəksiniz. İlkin mərhələdə vacib məqamlardan biri gözlənilən ROI-nin formalaşdırılmasıdır.

– İşçilərin analitika savadlılığına sahib olması. Analitikanı səriştəli şəkildə şərh etmək, fikrini çatdırmaq və məlumatlar əsasında qərar qəbul etmək – bu bacarıqlar işçilər arasında inkişaf etdirilməli və işə qəbul zamanı yoxlanılmalıdır.

– Sağlam korporativ mədəniyyətin olması: vacibdir ki, idarəetmənin bütün səviyyələrində işçilər intuisiyaya əsaslanan qərarlar qəbul etməsinlər, real mənzərəni görməyə hazır olsunlar. Rəhbərliyin qərar qəbul etməzdən əvvəl işçiləri ilə danışması önəmlidir. Eyni zamanda korporativ mədəniyyətin formalaşmasında ardıcıllıq böyük rol oynayır.

– Dəyişikliklər haqqında düşünmək təcrübəsinin olması: yeni məhsullar təklif edəndə, iş prosesini dəyişdirəndə, yeni təşəbbüslərin effektivliyini qiymətləndirəndə və s. “Data-driven” yanaşmasında məlumatlar istənilən problemin həllinin ayrılmaz bir hissəsidir.