4 C
Baku
Saturday, January 18, 2025

Dumping nədir?

0

Have a Question?

Dumping – şirkət tərəfindən məhsul və yaxud xidmətin dəyərindən aşağı qiymətə satılmasıdır. Bir çox ölkələrin qanunvericiliyinə əsasən, bu qiymət rəqabətində qəbuledilməz üsullardan biridir. Dumping şirkətlər və hətta dövlətlər tərəfindən bir neçə məqsədlər üçün istifadə edilir.

Burada ilkin məqsəd yeni bazarların ələ keçirilməsidir. Belə ki, dumping siyasəti polad, kənd təsərrüfatı məhsulları və s. ixrac edən ölkələr tərəfindən həyata keçirilir. Bu adətən beynəlxalq ticarət prosesində baş verir və daxili istehsalçılara dəstəyin mütləqliyi ilə izah edilir.

İkinci məqsəd isə rəqiblərin aradan götürülməsidir. Tutaq ki, şirkət müəyyən zərərləri gözə alaraq, öz məhsullarını dəyərindən aşağı qiymətə satır, digər şirkətlərin biznesini yararsız hala salır və nəticədə satışlardan müəyyən məbləğ cəlb edərək qiymətləri qaldırır və zərəri böyük gəlirlə tamamlayır. Şəbəkə pərakəndə şirkətləri adətən bu üsula əl atırlar.

Üçüncüsü, dumpingin köməkliyi ilə dövlət siyasəti aparıla bilər. Məsələn, ipoteka üzrə faiz dərəcələrinin endirilməsinə istiqamətlənmiş dövlət siyasəti. Bunun üçün dövlət təşkilatları yaradılır, həmçinin dövlət iştiraklı banklardan istifadə edilir. Proqramların həyata keçirilməsi üçün pul vəsaitləri ayrılır. Nəticədə ipoteka üzrə dərəcələr enir. Kommersiya bankları isə bu tendensiyanın ardınca getməyə məcburdurlar.

Dördüncüsü, dumping-dən bu və ya digər dərəcədə şirkətlər, xüsusən də dövlət iştiraklı banklar istifadə edir. Onlar adətən daha aşağı tariflər təklif edir və beləliklə də, digər kommersiya xarakterli kredit təşkilatlarından müştəriləri özlərinə tərəf cəlb edirlər. Bununla yanaşı, bir anlamaq lazımdır ki, dövlət iştiraklı banklar daha ucuz maliyyə resurslarına çıxışa sahibdirlər ki, bunların da təminatçısı qismində dövlət çıxış edir.

Dumping-in beşinci növündə eyni bir məhsulun qiyməti daxili və xarici bazarda əhəmiyyətli dərəcədə fərqlənə bilər. Dövlət sərhədini keçdikdə dəyəri əhəmiyyətli dərəcədə bahalaşan neft və qazın qiyməti belə təyin edilir. Bu kateqoriyaya, lakin əks istiqamətdə daxili və xarici bazarlarda kreditin qiymət fərqini də aid etmək olar. Məsələn, xarici ölkələrdə kreditlər daha ucuz ola bilər.

Ümumilikdə dumping qanunsuz hesab edilir və beynəlxalq təcrübədə Dünya Ticarət Təşkilatı dumping-ə qarşı çıxış edir.