8 C
Baku
Friday, December 13, 2024

Kreditin funksiyaları

0

Have a Question?

Kreditin funksiyaları – kreditin əsas mahiyyətinin təzahürü, ümumi məqsədinin ifadəsidir. Kreditin funksiyaları borcalan və kreditor arasında fərqi qarşılıqlı əlaqələrə deyil, ümumilikdə kredit əlaqələrinə aid edilir.

Kreditin üç funksiyası ayırd edilir.

Birincisi, kreditin bölgü funksiyasıdır. Bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, kredit əlaqələri sayəsində müvəqqəti sərbəst pul vəsaitləri onlara ehtiyacı olanların xeyrinə olaraq bölüşdürülür. Bununla, aktivlərin iqtisadiyyatın daha effektiv sahələrinə keçidi həyata keçirilir.

Sahədaxili və sahələrarası bölüşdürülmə mümkündür. Müasir dünyada, kreditləşmənin əsasən bank sistemi vasitəsi ilə baş verdiyi bir zamanda, sahələrarası bölüşdürülmə əsas hesab olunur.

İkincisi, kreditin emissiya funksiyasıdır. Dövriyyədə olan kredit vəsaitləri fərdi bank tərəfindən deyil, ümumilikdə maliyyə sistemi tərəfindən yaradılır. Bu effekt həmçinin “bank multiplikatoru” adı ilə məşhurdur.

Kreditin üçüncü funksiyası – iqtisadi subyektlərin fəaliyyətinin effektivliyinə nəzarətin həyata keçirilməsi və yaxud nəzarət funksiyasıdır.

Kredit vəsaitlərinin ödənişli olması borcalanların onları daha səmərəli istifadə etməsi üçün şərait yaradır. Kreditor bu və ya digər dərəcədə borcalana və onun krediti geri qaytarmaq imkanlarına nəzarət edir.

Kreditin funksiyalarını onun rolundan ayırd etmək lazımdır. Belə ki, kreditin rolu – onun icra etdiyi funksiyalar əsasında istifadəsinin nəticələridir.