Have a Question?
Exceldə ədədlərin yuvarlaqlaşdırılması üçün ROUND, ROUNDUP, ROUNDDOWN funksiyalarından istifadə edilir. Ayrı- ayrılıqda funksiyaları nəzərdən keçirək.
1. =ROUND(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – normal yuvarlaqlaşdırma aparır. Bu funksiya normal riyazi yuvarlaqlaşdırmanı yerinə yetirir. 5 dən kiçik olan ədədləri bir aşağı ədədə doğru, 5-ə bərabər və ya böyük ədədlərdə isə bir vahid yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, 2.5 ədədini =ROUND(2,5;0) funksiyası ilə yuvarlaqlaşdırarsaq 3 qiymətini funksiya bizə qaytarar.
2. ROUNDUP(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiyası yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, =ROUNDUP(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma yerinə yetirərsək, funksiya bizə 3 qiymətini qaytarar.
3. ROUNDDOWN(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiya aşağıya doğru yuvarlaşdırma aparır. Məsələn, = ROUNDDOWN(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma apararsaq funksiya bizə 2 qiymətini qaytarar.
Beləliklə, exceldə Riyazı funksiyalar qrupunda yerləşən ROUND funksiyaları ilə tanış olmuş olduq.
Innab