6 C
Baku
Saturday, December 14, 2024

Farminq nədir?

0

Have a Question?

Farminq (ing. pharming) – İnternet istifadəçisinin kiber cinayətkarlar tərəfindən saxta sayta yönləndirilməsi (real bankın və ya ticarət-xidmət şirkətinin).

Fırıldaqçılar HOSTS sənədini idarə etmək və ya DNS məlumatlarını dəyişdirmək məqsədi ilə istifadəçilərin kompüterlərinə zərərli proqramlar quraşdırırlar.

İstifadəçi bu cür virusları hər hansısa fayl və ya məktubu açmaqla yükləyə bilər. Saxta sxem istifadəçi cinayətkarların marağında olan saytı ziyarət etdikdə aktivləşir. Bu anda istifadəçiyə məxsus olan konfidensial məlumatların oğurlanması baş verir.

Dələduzluqdan xəbərsiz olan hadisə qurbanı tələb olunan məlumatları daxil edir: hesab nömrələri, şifrələr, PİN kodlar və digər gizli məlumatlar.

Farminqdən qorunmaq üçün elektron məktublar və yüklədiyiniz fayllar, habelə ziyarət etdiyiniz saytlara diqqət yetirməniz lazımdır.