15 C
Baku
Sunday, May 5, 2024

Gross Domestic Product (GDP) nədir?

0

Gross Domestic Product (GDP) nədir?

Müəyyən müddət ərzində ölkə daxilində yerləşən bütün hazır məhsul və xidmətlərin pul dəyəri. ÜDM bir qayda olaraq, təqvim ilinə uyğun hesablanır. Bu göstəriciyə müəyyən ərazinin (adətən ölkənin) çərçivəsinə uyğun gələn bütün özəl və dövlət istehlakı, dövlət xərcləri, investisiya və ixracı (idxal xaric) daxildir.

ÜDM= C + G + I + NX

“C” – bütün fərdi istehlak və ya milli iqtisadiyyatdakı bütün istehlak xərcləri

“G” – dövlət xərclərinin cəmi

“I” – ölkənin bütün müəssisələrinin investisiya qoyulacaq qalıq kapitalı

“NX” – ölkənin xalis ixracı

Gross Domestic Product termininin izahı

ÜDM həm ölkənin iqtisadi inkişafının göstəricisi kimi, həm də onun sosial-iqtisadi standartlara uyğunluğunu qiymətləndirmək üçün istifadə olunur. Bu iqtisadi indeksin (ÜDM) istifadəsinin əleyhdarları qeyd edirlər ki, o iqtisadiyyatın kölgə sektorunu – dövlət statistikasına düşməyən əməliyyatları nəzərə almır. Digəri isə hesab edirlər ki, ÜDM maddi rifahın qiymətləndirilməsi üçün deyil, ölkənin məhsuldarlığını ölçmək üçün nəzərdə tutulub.