19 C
Baku
Sunday, May 5, 2024

Hesablaşma hesabı nədir?

0

Hesablaşma hesabı nədir?

Hesablaşma hesabı – vəsaitin saxlanması və və gəlirlə əlaqəli əməliyyatların aparılması üçün nəzərdə tutulmuş bank hesabıdır (hesabın doldurulması, digər hesablara nağdsız köçürmə, nağd pul çıxarılması).

Hesablaşma hesabı passiv gəlir əldə etmək və ya sadəcə vəsaitin saxlanması üçün açılmır (depozitlərdən fərqli olaraq). Hesablaşma hesabın əsas məqsədi zərurət olduqda vəsaitlərə çıxış əldə etməkdir. Belə ki, pulun sahibi istənilən vaxt hesabı doldurmaq və ondan vəsait çıxarmaq hüququna malikdir.

Bir bankda (və ya fərqli banklarda) bir neçə hesab açmaq mümkündür (məsələn, fərqli məqsədlər üçün 2-3 valyutada).
Qeyd edək ki, hər bir hüquqi şəxs və ya fərdi sahibkar hesablaşma hesbaına ehtiyac duyur. Bu, ilk növbədə, nağdsız ödənişləri qəbul etmək və göndərmək üçün lazımdır. Müəyyən hallarda hesabşama hesabının olması qanunvericilikdə əks olunmuş qaydalarla diktə olunur.