10 C
Baku
Wednesday, December 11, 2024

Kapitallaşma əmsalı (Capitalization ratio)

0

Have a Question?

Kapitallaşma əmsalı (capitalization ratio) – uzunmüddətli kredit öhdəliklərini, təşkilatın öz kapitalı ilə uzunmüddətli kredit öhdəlikləri ilə yanaşı, ümumi uzunmüddətli maliyyələşmə mənbələri ilə müqayisə edən göstəricidir. Kapitallaşma əmsalı təşkilatın öz fəaliyyətini maliyyələşdirmə mənbəyinin kifayətliliyini şəxsi kapital şəklində qiymətləndirməyə imkan yaradır.

Kapitallaşma əmsalı maliyyə leverage göstəriciləri qrupuna daxildir. Həmin göstəricilər isə təşkilatın şəxsi və borc vəsaitlərinin nisbətini xarakterizə edir. Bu əmsal sahibkarlıq riskini qiymətləndirməyə imkan verir. Əmsalın dəyəri nə qədər yüksəkdirsə, təşkilat öz inkişafında bir o qədər borc kapitalından asılıdır və maliyyə dayanıqlığı bir o qədər də aşağıdır. Eyni zamanda, daha yüksək əmsal səviyyəsi şəxsi kapitalından bir o qədər yüksək rentabelliyindən xəbər verir.

Hesablanma düsturu:

Kapitallaşma əmsalı uzunmüddətli öhdəliklərin, uzunmüddətli öhdəliklərin məbləğinə və təşkilatın kapitalına nisbəti kimi hesablanır:

Kapitallaşma əmsalı = Uzunmüddətli öhdəliklər/ (Uzunmüddətli öhdəliklər +Şəxsi kapital)

Kapitallaşma əmsalı – şirkətin maliyyə leverage-nin uzunmüddətli maliyyələşmə mənbələrinin strukturunu əks etdirən vacib göstəricisidir. Bu halda şirkətin kapitallaşması (bazar kapitalizasiyası ilə səhv salmayın) iki ən sabit passivlərin – uzunmüddətli öhdəliklər və şəxsi vəsaitlər – məcmusu hesab olunur.

Sözügedən bu əmsal sahədən, müəssisənin iş texnologiyalarından güclü şəkildə asılı olduğundan sabit normativ dəyərə malik deyil. Lakin investorlar üçün şəxsi kapitalı borc üzərində üstünlük təşkil edən müəssisələr daha cəlbedicidir. Bununla belə, sahibkarların sərmayələri üzrə gələn gəlirləri azaldığından yalnızca şəxsi maliyyələşmə mənbələrindən istifadə edilməsi də müsbət amil kimi qarşılanmır.