-1 C
Baku
Saturday, December 14, 2024

LTV əmsalı (həyati dəyər) nədir?

0

Have a Question?

LTV (ing. lifetime value – “həyati dəyər”) – şirkətin müştəri ilə işlədiyi müddət ərzində əldə etdiyi mənfəətdir.

LTV ilk növbədə müştəriləri cəlb etmək üçün nə qədər pul xərcləmək lazım olduğunu başa düşmək üçün lazımdır. CAC (cost of customer acquistion – müştərini cəlb etmə dəyəri) göstəricisi LTV-dən çox olmamalıdır, əks halda biznes gəlirsiz hala gəlir.

LTV nə qədər yüksəkdirsə, müştərinin cəlb edilməsinə də bir o qədər çox pul xərclənə bilər. Ən yüksək LTV-yə sahib olan müştərilər ən loyaldırlar.

Formullar

LTV-ni hesablamağın bir neçə yolu var:

LTV = müəyyən dövr ərzində əldə edilən gəlir / bu dövrdəki müştəri sayı;

LTV = Lifetime * ARPU (müştəri ilə qarşılıqlı əlaqə müddəti və ondan əldə olunan gəlirin hasili);

LTV = Lifetime * AOV * RPR (qarşılıqlı əlaqə müddəti, alış-verişin tezliyi və ortalama çekin hasili).

Nüanslar

LTV əmsalını aşağıdakı yollarla artırmaq olar:

– müştərilərə elektron poçt və ya push-bildirişlər vasitəsilə xatırlatmalar göndərmək;

– müştəriləri, xüsusən də loyal olanları əldə saxlamaq üçün çalışmaq: loyallıq proqramları, bonuslar;

– Upsale və ya cross-sell vasitəsilə ortalama çeki artırmaq.

Fakt

Rusiya və MDB ölkələrinin yalnız 33 faizi LTV əmsalından istifadə edir. Onlardan 98 faiz bu aləti biznes üçün faydalı hesab edir.