9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə asılılığı əmsalı (Debt ratio)

0

Have a Question?

Maliyyə asılılığı əmsalı (debt ratio) təşkilatın borc kapitalının bütün kapital (aktivlər) ilə nisbətini xarakterizə edir. Sözügedən bu əmsal təşkilatın kapital strukturunu təsvir edən göstəricilər qrupuna aiddir və qərb təcrübəsində geniş istifadə olunur.

Hesablama düsturu: Maliyyə asılılığı əmsalı = Öhdəliklər / Aktivlər

Düsturun hər iki komponenti təşkilatın mühasibat balansından alınır.

Maliyyə asılılığı əmsalının optimal dəyəri, müvafiq göstəricilərdə olduğu kimi, şəxsi və borc kapitalının nisbəti ilə müəyyən edilir – Muxtariyyət əmsalı və Maliyyə leverage-i əmsalı (debt-to-equity ratio). Daha doğrusu, 0.6 – 0.7-dən çox olmayan maliyyə asılılığı əmsalı normal hesab olunur. 0.5 əmsalı isə optimaldır (yəni, şəxsi və borc kapitalının bərabər nisbəti). Əmsal normadan aşağı olduqda, həddindən artıq aşağı əmsal təşkilatın borc kapitalının cəlbinə həddindən artıq ehtiyatla yanaşmasından və şəxsi kapitalın rentabelliyini artırmaq imkanlarının əldən verilməsindən xəbər verir. Normadan yüksək əmsal isə təşkilatın kreditorlardan güclü şəkildə asılılığı deməkdir.