2 C
Baku
Saturday, December 14, 2024

“Migom” pul köçürmə sistemi

0

Have a Question?

Migom – Avropa Trast Bankı tərəfindən yaradılan fiziki şəxslərin hesab açmadan beynəlxalq pulköçürmə sistemidir.

Sistem Rusiya, Abxaziya, Azərbaycan, Belorus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Dnestryanı, Tacikistan, Özbəkistan, Ukrayna, habelə Böyük Britaniya, Ukrayna, Kanada, Çexiya və Fransada fəaliyyət göstərir.

Pul köçürmə əməliyyatını həyata keçirmək üçün şəxsiyyəti təsdiq edən sənədi götürüb Migom ofisinə getmək lazımdır. Bundan əlavə, müştəriyə “Köçürmə üçün ərizə” adlı xüsusi blankı doldurmaq təklif oluna bilər. Bir sıra ofislərdə ümumiyyətlə blanksız texnologiyadan istifadə edilir: bütün bu məlumatları operatora demək kifayət edir. Pul kassaya daxil edilir.

Nəticədə, pul göndərən şəxs operatordan doqquz rəqəmdən ibarət olan nəzarət nömrəsini alaraq, onu alıcıya təhvil verir. Adətən pul köçürmə əməliyyatı bir neçə dəqiqə çəkir.

Göndərilən pulu almaq üçün Migom ofisinə yaxınlaşmaq lazımdır. Orada alıcıya aşağıdakı bölmələrdən ibarət olan blankı doldurmaq təklif olunur:

– soyad və doğum tarixi;

– pulun göndərildiyi ölkə;

– köçürmənin nömrəsi.

Bundan sonra operator lazımi sənədləri doldurur, onları alıcıya verir. Alıcı kassaya yaxınlaşaraq pulunu alır.