8 C
Baku
Thursday, December 12, 2024

Nizamnamə kapitalı nədir?

0

Have a Question?

Bankın nizamnamə kapitalı – iştirakçılarının sərmayə qoyuluşlarının miqdarından ibarətdir və kreditorların maraqlarını təmin edən əmlakın minimum miqdarını təyin edir.

Bu, kredit təşkilatının fəaliyyəti üçün ilkin mənbədir. Nizamnamə kapitalında borc vəsaiti ola bilməz.

Səhmdar cəmiyyəti olan bankın nizamnamə kapitalı səhmdarların əldə etdiyi səhmlərin nominal dəyəridir. Belə bir bankın nizamnamə kapitalı əlavə səhm buraxılması və ya nominal dəyərinin artırılması yolu ilə artırıla bilər. Nizamnamə kapitalını səhmlərin nominal dəyərini azaltmaq və ya buraxılmış səhmləri satın almaq yolu ilə azaldıla bilər.