6 C
Baku
Sunday, December 15, 2024

Otuzlar qrupu (G30)

0

Have a Question?

Otuzlar Məşvərət Qrupu (G30) – müxtəlif ölkələrin mərkəzi və iri özəl banklarının nümayəndələrini, habelə aparıcı dünya iqtisadçılarını birləşdirən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

1978-ci ildə J. Bell tərəfindən Rokfeller fondunun iştirakı ilə yaradılıb. Qərargahı Vaşinqtonda (ABŞ) yerləşir, sədri Jean-Claude Trichet-dir (Fransa Mərkəzi Bankının nümayəndəsi).

Təşkilatın fəaliyyətinin əsas məqsədi iqtisadi sahədə qəbul edilmiş beynəlxalq qərarların dərindən təhlili, onların qlobal maliyyə sistemi üçün nəticələrinin qiymətləndirilməsi və dünya maliyyə bazarının səmərəliliyini artırmaq məqsədilə müəyyən tədbirlərin hazırlanmasıdır. Son zamanlarda G30 mərkəzi banklar üçün makroprudensial nəzarətin tətbiqi ilə bağlı qaydaların hazırlanmasına (xüsusən dinamik tənzimləmənin formalaşdırılmasına dair müddəalar) diqqət yetirir.

Qrupun plenar iclasları ildə iki dəfə keçirilir, iqtisadi sahədə ən vacib beynəlxalq tədbirləri müzakirə edilməsi üçün kənar iştirakçılar da dəvət olunurlar (çox vaxt iqtisadiyyat üzrə Nobel mükafatçıları). G30 həmçinin müxtəlif simpoziumlar və  elmi seminarlar təşkil edir.