2 C
Baku
Saturday, December 14, 2024

Divestisiya nədir?

0

Have a Question?

Divestisiyalar – investisiyalara əks olan bir prosesdir, yəni satış yolu ilə aktivlərin nağd pula çevrilməsi. Divestisiya və likvidasiya anlayışları (ləğv olunma) bir-birindən fərqlənirlər. Adətən divestisiyalar müəssisəyə daha çox qazanc gətirəcəyi güman edilir.

Divestisiyalara ehtiyac müxtəlif səbəblərdən yarana bilər. Ən çox yayılanlardan biri, şirkətin qeyri-profil biznesdən qurtulmaq və bütün diqqətini fəaliyyətinin əsas sahələrinə yönəltmək istəyidir. Başqa bir variant kimi şirkət əsas biznesini inkişaf etdirmək məqsədilə qeyri-profil biznesinin bir hissəsini sata bilər. Bu səbəblər arasındakı fərq niyyətdədir: birinci halda əsas məqsəd idarəetməni artırmaq və şirkətin səlahiyyətli olmadığı sahələrdə fəaliyyət risklərindən qurtulmaqdır, ikinci halda isə kredit ödəmədən və ya səhmdarların faizlərinə xərc çəkmədən əsas biznesin inkişafı üçün pul almaq.

Bundan əlavə, şirkət bütün diqqətini daha perspektivli və gəlirli olan sahəyə yönəltmək üçün əsas biznesini və ya əsas aktivlərini sata bilər. Məsələn, “Nokia” şirkəti mövcudluğunun tarixində fəaliyyət istiqamətini bir neçə dəfə dəyişmişdir: kağız fabriki, məişət texnikasının istehsalı (1980-cı illər), mobil telefon istehsalçısı (1990-cı illərdən bu günə qədər). Bütün bu dəyişikliklər zamanı şirkət dəfələrlə divestisiya həyata keçirib. Məsələn, 1988-cı ildə “Nokian Renkaat” bölməsi (Nokian Tyres) şirkətdən ayrıldı, 2003-cı ildə isə tamamilə ləğv edildi.

Şirkətlərin divestisiya keçirməkdə əsas məqsədləri sabitliyi artırmaqdır. Məsələn, “Philips” şirkəti sabitliyi artırmaq məqsədilə prosessorların istehsalı biznesini satdı – onların bazarı çox dəyişkən olub və bu, şirkətin aktivlərinə təsir göstərirdi.
Və nəhayət, divestisiya məcburi ola bilər – dövlət orqanlarının (bazarın demonopolizasiyası) və ya səhmdarların (“mübahisəli” aktivlərdən – tütün və ya alkoqol istehsalı və s. imtina) təzyiqi ilə. Buna misal olaraq “Altria Group” şirkətini göstərmək olar.
Divestisiyalar bir neçə yolla həyata keçirilir:
– Aktivlərin və ya bütün törəmə şirkətlərin digər şirkətlərə birbaşa satılması;
– Biznesin müəyyən fəaliyyət istiqamətinin ayrıca şirkətə ayrılması və səhmlərin birjada satılması;
– Biznesin müəyyən fəaliyyət istiqamətinin ayrıca şirkətə ayrılması və səhmlərinin əvvəlki səhmdarlarına pulsuz ötürülməsi;