2 C
Baku
Sunday, December 15, 2024

PR (ictimaiyyətlə əlaqələr) nədir?

0

Have a Question?

PR (ing. public relations – “ictimaiyyətlə əlaqələr” – şirkətin bütün xarici kommunikasiyalarını idarə edən istiqamətdir.

PR-ın əsas məqsədi ictimaiyyət, potensial müştərilər və digər maraqlı tərəflər (tərəfdaşlar, investorlar və rəqiblər) qarşısında müsbət brend imicini yaratmaq və saxlamaqdır.

PR-menecerlər təşkilatın reputasiyasını qorumaq üçün səhmdarlar, media, dövlət qurumları, fondlar, potensial müştərilərlə işləyirlər. Eyni zamanda PR-menecerin vəzifələrinə mediada ekspert materiallarının, xəbərlərin dərc edilməsi, o cümlədən şirkətlə əlaqəli təbliğat layihələrinin həyata keçirilməsi daxildir.

İstifadə səhvləri

PR – reklam və ya marketinq deyil. Əsas fərq ondan ibarətdir ki, reklamın və ya marketinqin məqsədi iqtisadidir, yəni məhsulu satmaqdır. PR-ın əsas məqsədi isə marka ilə əlaqəlidir: məhsul və ya şəxs haqqında müsbət ictimai rəy formalaşdırma, müsbət marka imicini yaratmaqdır.

Nüanslar

PR-ın aşağıdakı növləri var:

– Məhsul – şirkətin konkret məhsulları və ya xidmətləri önə çəkilir.

– Korporativ – şirkətin daxili xəbərləri nümayiş etdirilir.

– Böhran – PR alətləri meydana gələn problemləri aradan qaldırır, şirkət ətrafında cərəyan edən neqativ hadisələr neytrallaşdırılır.

– Sosial – qeyri-kommersiya təşkilatları və sosial təşkilatlarla əlaqələr.

– Virus – istifadəçilərin özlərinin bölüşmək istədiyi kontentin yaradılması.

Fakt

İlk dəfə olaraq “Public Relations” termini Amerika prezidenti Tomas Cefferson istifadə edib. O onu “cəmiyyətin düşüncə vəziyyəti” olaraq adlandırıb və biznesin sosial məsuliyyətinin vacibliyini vurğulayıb.