17 C
Baku
Sunday, May 5, 2024

PricewaterhouseCoopers (PwC)

0

PricewaterhouseCoopers (PwC)

PricewaterhouseCoopers (PwC) – dünyanın beş ən böyük auditor şirkətlərindən biridir, qərargahı Londonda yerləşir.

PwC birləşmə nəticəsində yaranıb. Pricewaterhouse Samuel Louel Prays tərəfindən 1848-ci ildə, Coopers Brothers isə Uilyams Kuper tərəfindən 1854-cü ildə təsis edilib. 1957-ci ildə Coopers Brothers & Co şirkəti McDonald, Currie & Co (Kanada) və Lybrand, Ross Bros & Montgomery (ABŞ) ilə birləşdi və nəticədə Coopers & Lybrand yaradıldı.

PwC dünyanın 154 ölkəsində fəaliyyət göstərən müstəqil hüquqi şəxslər şəbəkəsidir. Ümumilikdə şirkətdə dünyanın 154 ölkəsindən 161 mindən çox mütəxəssis işləyir. Təkcə 2010-cu ildə PwC-i n gəliri 26,6 milyard dollar təşkil etmişdir, bu məbləğin yarıdan çoxu audit xidmətinin payına düşür.