19 C
Baku
Sunday, May 5, 2024

Retracement (Korreksiya) nədir?

0

Retracement (Korreksiya) nədir?

Korreksiya –qiymətli kağızların qiyməti istiqamətində qüvvədə olan tendensiyaya qarşı yönəldilmiş müvəqqəti dəyişiklikdir. Korreksiya mövcud tendensiyaya doğru dəyişiklik demək deyil. Qrafikdə göründüyü kimi, səhmlərin qiyməti yüksəlirsə, korreksiya qismində qiymətin bir qədər azalması çıxış edir. Burada əsas məqsəd bazarda artan tendensiyanın qarşısını almaqdır. İnvestor qiymət dəyişikliyini korreksiya və ya əks indikator kimi qəbul edə bilər, bu amil onun dəyişiklərə necə reaksiya verəcəyinə təsir göstərəcək.

1 1

Retracement termininin izahı

Texniki investorlar korreksiya (Retracement) və əks indikator (reversal) anlayışları fərqləndirirlər. Korreksiya qısamüddətli dəyişiklikdir, əks indikator isə əvvəlki tendensiyanın dəyişməsi deməkdir. İlk başlarda korreksiyanı müəyyən etmək çətindir. Bu həm korreksiya, həm də əks indikator ola bilər. Onlar arasındakı fərqi müəyyən etmək üçün, investorlar dönüş nöqtəsi, müqavimət səviyyəsi və  Fibonaççi nisbətindən, istifadə edirlər.