9 C
Baku
Friday, December 13, 2024

Valyuta müdaxiləsi nədir?

0

Have a Question?

Valyuta müdaxiləsi – mərkəzi bankın milli valyutanın gücləndirilməsinə və ya zəiflədilməsinə yönəlmiş fəaliyyətinə deyilir, böyük həcmdə valyutanın alışı və ya satışı ilə müşayiət olunur. Valyuta müdaxiləsinin vəzifəsi dövlətin maraqlarına uyğun olaraq məzənnəni lazımi səviyyədə saxlamaqdır.

Çox vaxt valyuta müdaxilələri bir mərkəzi bank tərəfindən deyil, müxtəlif ölkələrin bankları tərəfindən həyata keçirilir.

Buna misal olaraq G7 təşkilatının Yaponiya iqtisadiyyatına dəstək vermək cəhdini göstərmək olar. 2011-ci ilin martın 18-də Yaponiya Bankı, Avropa Mərkəzi Bankı və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin razılaşdırılmış səyləri nəticəsində bir neçə dəqiqəyə Yaponiya valyutasının qiyməti 2%-dən çox ucuzlaşdı.

Razılaşdırılmış dəyişikliklərdən əlavə olaraq, valyuta müdaxilələri məzənnənin dəyişkənliyini idarə etmək, dəyişmə sürətini azaltmaq, valyuta bazarının likvidliyini qorumaq, kapitalın idxalı və ya ixracını təşviq etmək, həmçinin müəyyən valyutada ehtiyat toplamaq üçün istifadə edilə bilərlər.